Rövşən Lənkəranskinin qardaşı suiqəsddə ittiham olunacaq


Digərləri 04 Noy 2017 22:04:00 324 0

Rövşən Lənkəranskinin qardaşı suiqəsddə ittiham olunacaq

Öldürülmüş "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakır-keyi ərazindəkidə Ömür alış-veriş ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu, hansına ki, Namiq Canıyev də daxil idi, bir müddət əvvəl həbsdən azad olunmuş "qanuni oğru" Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulinin özü və bütün ətrafı ilə qurtarmağı planlaşdırıblarmış.

Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.