Sakit okeanda zəlzələ olub


Dünya 04 Noy 2017 21:36:00 230 0

Sakit okeanda zəlzələ olub

Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Zəlzələ yerli vaxtla bu gün saat 4.24-də qeydə alınıb. Yeraltı təkanların episentri Xixifo yaşayış məntəqəsindən 95 km şimal-şərqdə yerləşib. Ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur.