Azərbaycanda süpürgə bazarı:


Digərləri 04 Noy 2017 20:54:00 273 0

Azərbaycanda süpürgə bazarı:

Qazax rayonunda süpürgələr əkin sahələrindən yığılıb və ölkə bazarlarına çıxarılması üçün hazırlıq prosesinə başlanılıb. Xüsusilə bu təsərrüfatla ixtisaslaşmış Çaylı kəndində işlər daha intensiv aparılır. Sərfəli sahə olmaqla yanaşı, süpürgənin də özünəməxsus problemləri var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, dəstə halına salınır, sonra isə məngənədə sıxılaraq tikilir. Süpürgə satış üçün bu cür hazırlanır. Süpürgə Çaylı kəndində kəndlilərin ənənəvi əkin növünə çevrilib. Proses yaz aylarında toxumun yerə səpilməsi ilə başlayır və avqust-sentyabrda şaxların biçilməsi ilə başa çatır. Bundan sonra isə qurdulmuş süpürgə gövdələri evlərdə xüsusi üsullarla məişət əşyası halına salınır. Böyük zəhmət tələb edən süpürgə əkinində hər hektardan xərcləri çıxdıqdan sonra 1000-1500 manat gəlir əldə etmək olur. Bir hektar ərazidən təxminən 2 min ədəd süpürgə yığmaq mümkün olur. Təsərrüfat sahiblərinin sözlərinə görə, süpürgənin həm becərilməsində, həm də bazara çıxarılmasında müəyyən problemlər var. Mövsüm quraq keçdikdə bitkinin gövdəsinə qurd düşür. "Ağ" adlanan xəstəlik də süpürgənin yaxşı böyüməsinə mane olur. Bazarda isə əsas problem xaricdən, xüsusilə Özbəkistandan gətirilən süpürgələrlə bağlıdır. Təsərrüfatçılar bildirir ki, həmin süpürgələr yerli məhsullarla müqayisədə daha keyfiyyətsizdir, ancaq onlara rəng vurulduğundan alıcıların diqqətini daha çox cəlb edir. Süpürgənin toxumu və gövdəsi də atılmır. Kəndlilər bunlardan heyvandarlıqda yem kimi istifadə edirlər.