Qara çörək tamamilə qatqısız olmalıdır


Digərləri 04 Noy 2017 20:55:00 269 0

Qara çörək tamamilə qatqısız olmalıdır

Ölkəmizdə geniş yayılmış köklüyün birinci səbəbi çörəyin tərkibindəki maddələrdir. Sutkalarla ac qalmaq hesabına deyil, yeyərək artıq kilolardan xilas olmaq və sağlam arıqlamaq lazımdır. Sağlam arıqlamağın birinci sirri kimi keyfiyyətli çörəyi qeyd edə bilərəm.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri diyetoloq-həkim Leyla Zülfüqarlı deyib.

"Çörəyin rənginin qara olması onun ekoloji cəhətdən sağlam olması anlamına gəlmir. Rənglərinin süni şəkildə qaraldılması alıcıları cəlb etmək məqsədi daşıyır. Ekoloji cəhətdən təmiz qara çörək tamamilə az üyüdülmüş buğdadan ibarət olmalı və ya çovdar, yulaf unundan bişirilməli və ən əsası qatqısız olmalıdır. Əslində gündəlik qida menyusu elə tərtib olunmalıdır ki, həmin maddələri yeyilən digər ərzaqlardan da ala bilək. Mənim fikrimcə, sadəcə buğda unundan ibarət çörəklərin hazırlanması üçün yeni texnologiya işlənib hazırlanmalıdır", -deyə həkim bildirib.