Heyva suyunun bilinməyən xüsusiyyəti


Digərləri 04 Noy 2017 20:45:00 351 0

Heyva suyunun bilinməyən xüsusiyyəti

Mütəxəssislər, qış aylarında görülən üst tənəffüs yolu infeksiyalarının qarşısının alınması üçün heyva suyunun içilməsini təklif edirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, heyva suyu yüksək mineral və bol vitamin tərkibi ilə bir çox xəstəliyə qarşı qorunmanı təmin edir. Tədqiqatçılar xüsusilə qış aylarında ortaya çıxan öskürək, angina, bronxit kimi üst tənəffüs yolu infeksiyalarının müalicəsində heyva suyunun içilməsini tövsiyə edirlər. Heyva suyu tərkibindəki C vitamini, kalsium, dəmir, zülal və karbohidratlar ilə bir çox xəstəliyə qarşı qalxan vəzifəsini icra edir. Soyuqların artması ilə birlikdə üst tənəffüs yolu infeksiyasında əhəmiyyətli bir artım müşahidə edilir. Vitamin baxımından güclü meyvə suları bu xəstəliklərin yayılmasına mane olarkən, xüsusən heyva suyu intensiv C vitamini ehtiva etməsi ilə müalicə prosesində təsirli olur. Həmçinin antiseptik xüsusiyyəti olan malikasit ehtiva etməsi sayəsində infeksion xəstəliklərdən qoruyur. Heyva suyunun, qış xəstəlikləri ilə yanaşı tərkibindəki vitaminlərin ürək, damar xəstəlikləri və mədə pozğunluğu problemlərinin müalicəsində də təsirli ola biləcəyi bildirilir.