Qaim azad olundu: İraqda İŞİD işğalına son...


Dünya 04 Noy 2017 20:00:00 265 0

Qaim azad olundu: İraqda İŞİD işğalına son...

İraqda İŞİD-in əlində olan sonuncu kənd azad edilib. Bununla İraqda İŞİD işğalına son qoyulub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu açıqlamanı İraqın baş naziri Heydər Əl İbadi verib.

Baş nazir bildirib ki, İraq ordusu İŞİD əlində olan sonuncu məntəqəni -Qaim kəndini azad edib.

Baş nazirin açıqlaması ABŞ liderliyində koalisiya tərəfindən dəstəklənən və bir həftədir davam edən əməliyyatların sonunda gəlib.