Bu qız şəhərdən uzaqda, 85 itlə yaşayır FOTO


Digərləri 04 Noy 2017 19:59:00 378 1

Bu qız şəhərdən uzaqda, 85 itlə yaşayır  FOTO

Tanınmış fotoqraf Bris Portolano "No Signal" adlı vizual layihəsində şəhər həyatından qaçan, təbiətin qoynunda yaşayan insanlardan bəhs edir.

Son.az Culturainquieta-ya istinadən bildirir ki, seriyadakı 4 fotoessenin ilki olan "Arcitic Love"da Tinya adlı qızdan bəhs olunur. Finlyandiyanın arktik bölgəsində, ən yaxın şəhərdən 290 km uzaqda yaşayan Tinyanın 85 köpəyi var. O, Arktikada yaşamaqdan həzz alır

O, odun sobasında yemək hazırlayır, evi şamlarla işıqlandırır, suyu isə hər səhər yaxınlıqdakı çaydan buzu qırıb götürür.

"Həyatımdan razıyam.Yanımda yalnız heyvanlar və vəhşi təbiət var. Şəhərin maddi dəyərlərinə ehtiyacım yoxdur. Təbiət mənə lazım olan hər neməti verir", - Tinya söyləyib.