Ət yeməyinin yanında portağal suyu için
Digərləri 04 Noy 2017 19:45:00 287 0
Mütəxəssislər ət yeməklərini bir stəkan portağal suyu ilə yeməyi tövsiyə edirlər, belə ki, portağal suyunun həzmi asanlaşdırdığını söyləyirlər. Həmçinin ətdə olan bir çox vitamin və mineralların, C vitamini ilə yanaşı istehlak edilməsi halında orqanizm tərəfindən daha tez məniməsinildiyi bildirildi. Bu səbəbdən də, ətin yanında mütləq bir stəkan portağal şirəsi qəbul edilməlidir.
Son.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər bu mövzu barəsində ətraflı məlumat verdilər: "C vitamini ət qrupunda yer alan dəmirin, A və B vitaminlərinin orqanizmdə daha əlverişli olaraq istifadə edilməsini təmin edir və bu səbəbdən də çox əhəmiyyətlidir. Ətin daşıdığı qida elementlərinin orqanizmdə istifadəsi üçün yeməklərdə ətlə birlikdə C vitamini də qəbul olunmalıdır. Ən yaxşı yol isə, bir stəkan təbii portağal şirəsidir. Belə olan halda, həm yeməklərinizə yeni və xoş bir dad gəlir, həm də sağlam qidalanmış olursunuz".
Mənbə: milli.az