Qaxda 76 yaşlı piyadanı avtomobil vurub


Sosial 04 Noy 2017 17:17:25 255 0

Qaxda 76 yaşlı piyadanı avtomobil vurub

Faktla bağlı araşdırma aparılır

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilovu vurub.

Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.