“Seyf ağır idi deyə apara bilmədik”


Kriminal 04 Noy 2017 14:05:00 361 0

“Seyf ağır idi deyə apara bilmədik”

Sumqayıt şəhərində yerləşən idarələrdən birindən oğurluq olub. Son.az ARB TV xəbər verir ki, naməlum şəxslər binadan televizor, fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk götürüblər. Hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və barmaq izləri götürülüb.  Nəticədə cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri - Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırma zamanı dəstə üzvlərinə idarədən oğurluq etmək təklifinin Rauf Cəfərov tərəfindən verildiyi məlum olub. O, seyfdə külli miqdarda pul olduğunu bildirib. Rauf Cəfərov - saxlanılan şəxs: "Mən təklif etdim ki, gedək oğurluq edək. Getdik idarəyə. Mən qıraqda durdum. Səhər noutbukları sata bilməyiblər. Sonra aparıb televizoru 350 manata satmışıq. Oradan mənə 50 manat pul çatıb". Tural Dəmiroğlu - saxlanılan şəxs: "Rauf həmin obyektdə 56 min olduğunu bildirdi. 1-ci seyfi aparmağı fikirləşdilər. Ağır olduğu üçün apara bilmədilər". Saxlanılan şəxslər idarəyə daxil olandan sonra nə qədər çalışsalar da, hədəf seçilən seyfi aça bilməyiblər. Əvəzində isə ofisdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar. Saxlanılan zaman dəstə üzvlərinin üzərindən ümumilikdə 7 qrama narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar