Özüldə dənizə düşən neftçi ölüb - RƏSMİ


Digərləri 04 Noy 2017 13:26:00 210 0

Özüldə dənizə düşən neftçi ölüb - RƏSMİ

“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb

Bakı. “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb SOCAR-dan Trend-ə verilən məlumata görə, noyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək