Azarkeşi vuran futbolçu diskvalifikasiya olunacaq


İdman 04 Noy 2017 13:11:00 253 0

Azarkeşi vuran futbolçu diskvalifikasiya olunacaq

“Marseille”in müdafiəçisi Patris Evranı ciddi cəza gözləyir.

Goal.az xəbər verir ki, veteran futbolçunun Avropa Liqasının qrup mərhələsində “Vitoriya” ilə qarşılaşmada azarkeşi vurması ilə bağlı araşdırmaya başlayan UEFA-nın İntizam Komitəsi noyabrın 10-da qərarını açıqlayacaq. Qitə futbol qurumunun onu ən azı 5 oyunluq diskvalifikasiya etməsi gözlənilir.

Xatırladaq ki, Portuqaliyada baş tutan matçdan əvvəl 36 yaşlı cinah oyunçusu öz komandasının azarkeşləri ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim ola bilməyən Evra bir azarkeşin ayağına zərbə vurub. Bunu diqqətdən qaçırmayan baş hakim Evraya qırmızı vərəqə göstərib. Nəticədə ehtiyatda oturmalı olan fransalı tribunaya göndərilib. Oyun isə komandasının 0-1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.