Şumaxerin qızı at belində şou göstərdi FOTO


Digərləri 04 Noy 2017 12:01:00 414 0

Şumaxerin qızı at belində şou göstərdi  FOTO

Dünyanın ən məşhur avtopilotu, beynəlxalq "Formula-1" avtoçempionatının yeddiqat çempionu, "Qırmızı baron" ləqəbli alman Mixael Şumaxerin qızı Cina-Mariya Şumaxer növbəti atçılıq yarışlarına qatılıb.

Son.az dailymail-ə istinadən bildirir ki, əfsanəvi avtopilotun 20 yaşlı qızı Fransanın Lion şəhərində keçirilmiş "NRHA European Derby" çempionatında çıxış edib.

Onun çıxışını 48 yaşlı anası Korinna Şumaxer və sevgilisi Yen Betke də izləyiblər.

"NRHA European Derby"də qalibə 190 min avro məbləğində mükafat verilir.

Reyninqlə məşğul olan Cina-Mariya Şumaxer bu ilin avuqustunda İsveçrədə keçirilmiş "FEI World Reining" çempionatında qızıl medal qazanmışdı.