VHP-nin qurultayı ertələnib


Siyasət 04 Noy 2017 11:17:43 283 0

VHP-nin qurultayı ertələnib

Qurultayın bu ilin sonu və ya növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılır

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı ertələnib.

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Report”a deyib ki, partiyanın Bakının yeddi rayonunda olan təşkilatlarında konfranslar keçirilməyib: “Bundan başqa, partiyanın Gəncə, Şirvan, Sumqayıt və Naxçıvan Muxtar Respublikasındakı təşkilatlarında da konfranslar keçirilməlidir. Konfransların keçirilməməsinin səbəbi yerin olmaması ilə əlaqədardır. Konfranslar yekunlaşdıqdan sonra qurultayın günü növbəti dəfə təyin olunacaq”.

S.Əsədli qurultayın bu ilin sonu və ya növbəti ilin əvvəllərində keçiriləcəyini ehtimal edir.

Qeyd edək ki, partiyanın Siyasi Şurasının sentyabrın 15-də keçirilən iclasında qurultay noyabrın 24-nə təyin edilmişdi.