BMT Suriyada qaçqın düşərgələrindəki vəziyyətin acınacaqlı olduğunu açıqlayıb


Dünya 04 Noy 2017 11:31:45 296 0

BMT Suriyada qaçqın düşərgələrindəki vəziyyətin acınacaqlı olduğunu açıqlayıb

Son yardımın göndərilməsindən 4 ay vaxt keçib

BMT Suriyanın Ət-Tanf şəhərində qaçqın düşərgələrində humanitar vəziyyətin ağırlaşmasından narahatdır. Son.az “report”-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ali Komissarlığının Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi bəyanat yayıb. 

Sənəddə qeyd olunub ki, hazırda 50 minə yaxın şəxs Suriya-İordaniya sərhədində, Rukban səhrasında çətin şəraitdə yaşayır. 

BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke bildirib ki, son bir il ərzində BMT iki dəfə həmin əraziyə humanitar yardım göndərib: "Son yardımın göndərilməsindən 4 ay vaxt keçib. Düşərgədə vəziyyət çox acınacaqlıdır, qışın yaxınlaşması ilə daha da ağırlaşır".

Onun sözlərinə görə, hazırda dinc əhalinin düşərgədəkilərə kömək etməsi üçün şəraitin yaradılması vacibdir.