Ronaldoya ilin ən yaxşı bombardiri mükafatı təqdim olundu


İdman 04 Noy 2017 11:27:00 332 0

Ronaldoya ilin ən yaxşı bombardiri mükafatı təqdim olundu

"Real"ın və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) versiyası üzrə 2016-cı ilin ən yaxşı bombardiri mükafatı təqdim olunub.

Goal.az xəbər verir ki, qollar hesablanarkən yığma və klubda yalnız beynəlxalq səviyyədə vurulan toplar nəzərə alınıb. 32 yaşlı forvard 2016-cı ildə 24 qol vurub (13 qol Portuqaliya millisində, 11 qol "Real"ın heyətində). Ronaldu rekord sayda – üçüncü dəfə bu mükafatın sahibi olub. O, bundan əvvəl 2013 və 2014-cü illərdə qalib gəlib.