“Gəncsən? Başla!” kitabının imza günü keçirilir


Digərləri 04 Noy 2017 11:10:20 236 0

“Gəncsən? Başla!” kitabının imza günü keçirilir

Bu gün “Gəncsən? Başla!” kitabının imza günü keçirilir.

Bu gün saat 12.00-dan – 15.00-a qədər 2 saylı “ASAN Kommunal” mərkəzində (Bakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsi) Azərbaycan Universiteti, YARAT Friends, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və ASAN Könüllüləri Təşkilatı tərəfindən birgə “Gəncsən? Başla!” kitabının imza günü keçirilir. Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən, dosent Nadir Adilov tərəfindən yazılan tələbə və gənclərin şəxsi inkişafı kitabı “Gəncsən? Başla!” oxucular və xüsusən də tələbə gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb. “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə Təqaüd proqramına yönəldiləcək. Təqaüd fondunun ümumi məbləği 3000 manat təşkil edir. Müsabiqə yolu ilə seçiləcək 6 könüllü tələbəyə bir dəfəlik 500 manat məbləğində təqaüd veriləcək. İmza günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili FuadMuradov və digər rəsmi qonaqların iştirakı nəzərdə tutulub.