Putinin işğal olunmuş 5 rayonun azad olunması ilə bağlı 3 şərti var


Siyasət 04 Noy 2017 10:45:00 314 0

Putinin işğal olunmuş 5 rayonun azad olunması ilə bağlı 3 şərti var

İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Politoloqun sözlərinə görə, həmin şərtlərə əsasən, Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalı, həmçinin Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir:

"Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir". Başqa məlumatların da olduğunu qeyd edən E.Şahinoğlu bildirib ki, bununla bağlı geniş təhlil hazırlanır.