XI tura 2 oyunla start veriləcək


İdman 04 Noy 2017 10:00:00 282 0

XI tura 2 oyunla start veriləcək

Topaz Premyer Liqasının XI turun oyunlarına start veriləcək.

Goal.az xəbər verir ki, tura Qəbələdə start veriləcək. Eyniadlı klub "Səbail"i qəbul edəcək. Komandalar arasında yeganə oyun cari mövsümün I dövrəsinə təsadüf edib. Paytaxtdakı qarşılaşmada qonaqlar qələbə qazanıb 1-3.

Günün ikinci qarşılaşmasında "Sumqayıt" "Keşlə"ni sınağa çəkəcək.  Komandalar indiyədək 21 dəfə qarşılaşıb. Adını "İnter"dən “Keşlə”yə dəyişən komanda son 7 oyundur uduzmur. Bakılılar həm də son 10 görüşü qolsuz tərk etməyib. Bu həm də, hazırda çətin günlər yaşayan Bakı təmsilçisi yeni məşqçi ilə ilk oyunu olacaq.

4 noyabr (şənbə)

16:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu

18:00. “Sumqayıt”  - “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Kapital Bank Arena