Kanada 30 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib


Dünya 04 Noy 2017 08:13:00 223 0

Kanada 30 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib

Kanada höküməti 30 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Sanksiyalar dünya üzrə tanınmış insan hüquqlarının pozulmasında və korrupsiya əməllərində əli olan və ya məsuliyyət daşıyan şəxslərə aiddir".