Kompüterlər aparatla daha təhlükəsiz olacaq


Digərləri 04 Noy 2017 08:15:00 275 0

Kompüterlər aparatla daha təhlükəsiz olacaq

"Lenovo" və "Intel" şirkətləri fərdi kompüterlərin autentifikasiyası üçün ilk aparat vasitəsi təqdim ediblər. Həll internet vasitəsilə məhsul və xidmətlərin ödənişi zamanı pul vəsaitlərinin tranzaksiyasının təhlükəsizliyinin artırılması üçün nəzərdə tutulub.

Son.az ICTnews-a istinadən bildirir ki, "Intel Online Connect" və "Intel Software Guard Extensions" (Intel SGX) texnologiyalarından istifadə edən yeni həll "Intel Core" prosessorlu yeddinci və səkkizinci nəsil "Lenovo" kompüterlərində tətbiq edilib. Uyğun gələn qurğular siyahısına "Lenovo Yoga 920", "ThinkPad X1 Tablet" (ikinci nəsil), "ThinkPad X1 Carbon" (beşinci nəsil) və "IdeaPad 720S" daxildir.

Məlumata görə, həll "PayPal", "Google", "Dropbox" və "Facebook" kimi populyar sayt və servislərə daxil olan zaman sadə və etibarlı onlayn autentifikasiyanı təmin edir.

İstifadəçilər təhlükəsiz autentifikasiya üsulundan yararlana bilərlər: saytlara "Universal Authentication Framework" (UAF) protokolu vasitəsilə barmaq izi skaneri və ya "Universal 2nd Factor" (U2F) protokolu vasitəsilə ekran düyməsi ilə daxil olmaq mümkündür.