İranda sərhədçilərə hücum 8 ölü


Dünya 04 Noy 2017 08:18:00 247 0

İranda sərhədçilərə hücum  8 ölü

İranın şimal-şərqində Qərbi Azərbaycan əyalətində terrorçular sərhəd xidmətinin əməkdaşlarına hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, terrorçuların hücumu nəticəsində azı 8 sərhədçi həlak olub.

Məlumata əsasən, sərhədçilər hücumun qarşısını almağa çalışarkən bir neçə terrorçunu öldürüblər. Lakin öldürülən terrorçuların sayı barədə məlumat yoxdur.