Con Kennedinin qatili Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olmayıb


Dünya 04 Noy 2017 07:58:57 303 0

Con Kennedinin qatili Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli olmayıb

Bu barədə qərar MKİ arxivlərinin ətraflı öyrənilməsindən sonra qəbul olunub

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvald Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olmayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü dərc olunan arxiv sənədlərində deyilir.

MKİ-nin 1975-ci il tarixli memorandumunda Osvaldın idarə ilə əlaqəsinin olmasına dair şayiələr "tamamilə əsassız" adlandırılıb.