“HP Inc” “Samsung”un printer bölməsini aldı


Digərləri 04 Noy 2017 07:51:00 220 0

“HP Inc” “Samsung”un printer bölməsini aldı

ABŞ-ın "HP Inc" şirkəti "Samsung Electronics"in printer istehsalı üzrə bölməsini satın alıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə HP-dən açıqlama verilib.   Razılığa əsasən amerikalılar cənubi koreyalılara 1,05 milyard dollar ödəyəcək. Sövdələşmənin şərtlərinə görə, "Samsung" açıq bazarlarda əməliyyatlar vasitəsilə HP-nin səhm kapitalına 100 milyondan 300 milyon dollara qədər sərmayə yatıracaq.     Qeyd edək ki, "HP Inc." məşhur "Hewlett-Packard" korporasiyasının 2015-ci ildə iki yerə bölünməsindən sonra yaranıb. Digər şirkət isə "Hewlett-Packard Enterprice" adlanır. Bölünmüş şirkətin kompüter və printer istehsalı üzrə hüquqi varisi məhz "HP Inc"dir.