Britaniya müdafiə nazirinin istefasına hökumət daxilindəki intriqa səbəb olub


Dünya 04 Noy 2017 05:58:04 240 0

Britaniya müdafiə nazirinin istefasına hökumət daxilindəki intriqa səbəb olub

Fellonun istefasına İcmalar Palatasının qadın lideri nail olub

Böyük Britaniyanın sabiq müdafiə naziri Maykl Fellon hökumətdə gedən intriqa səbəbindən istefa vermək məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Telegraph" nəşri yazıb.

Nəşrin məlumatına görə, Fellonun istefasına müdafiə nazirinin ondan yaxa qurtarmaq niyyətində olduğunu öyrənən İcmalar Palatasının lideri Andrea Lidsom nail olub.

Qeyd olunur ki, Fellon hökumətdə kadr dəyişiklikləri aparılan zaman Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarlarının, o cümlədən Lidsomun işdən çıxarılmasının gərək olduğunu güman edib.

"Bu onun tərəfindən özünü müdafiə idi və o, Fellonu tamamilə məhv etdi. O, işdən onu kiminsə çıxarmayağacına əmin olmaq üçün Fellona arxadan zərbə vurdu", — deyə mənbə nəşrə bildirib.

Ötən gün Britaniyanın müdafiə naziri Maykl Fellon istefa verib.

KİV bü qərarın zorakılıqla bağlı ittihamlardan sonra qəbul olunduğunu yazır.

Belə ki, nazir ötən gün bir dəfə "Sunday Express"in qadın jurnalisti Culiya Hartli-Brüerə qarşı ədəbsizlik etdiyini etiraf edib.