ABŞ-da Kennedinin qətlinə dair daha 700-ə yaxın sənəd dərc olunub


Dünya 04 Noy 2017 04:52:55 312 0

ABŞ-da Kennedinin qətlinə dair daha 700-ə yaxın sənəd dərc olunub

Onların böyük hissəsi MKİ tərəfindən hazırlanıb

ABŞ Milli Arxivi 1963-cü ildə 35-ci prezident Con Kennedinin qətlə yetirilməsi ilə bağlı daha 676 sənədi dərc edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

Qeyd olunur ki, onların böyük hissəsi – 553 sənəd Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb.