Suriyanın Məyadin şəhərinə endirilən hava zərbələri zamanı 25-dən çox insan ölüb


Dünya 04 Noy 2017 04:47:05 268 0

Suriyanın Məyadin şəhərinə endirilən hava zərbələri zamanı 25-dən çox insan ölüb

Onların arasında qadın və uşaqlar da var

Cümə axşamı Suriyanın Deyr əz-Zor mühafəzəsinin Məyadin şəhəri və ətrafına endirilən hava zərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla 25-dən çox insan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Ötən gün Məyadin və onun ətraf kəndlərinə endirilən hava zərbələri nəticəsində 25-dən çox insan ölüb, çoxlu sayda yaralanan var. Onlardan çoxu qadın və uşaqlardır", - deyə Düjarrik bildirib.

Suriya hakimiyyəti cümə axşamı Deyr əz-Zorun İŞİD terror qruplaşmasından azad edildiyini bildirib.