Meksikada 1,5 mlrd. barel həcmində neft yatağı aşkar olunub


İqtisadiyyat 04 Noy 2017 00:14:23 326 0

Meksikada 1,5 mlrd. barel həcmində neft yatağı aşkar olunub

Bu barədə ölkə prezidenti Enrike Penya Nyeto məlumat verib

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 1,5 mlrd. barel həcmində neft və qaz yatağı aşkar edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Latın Amerikası ölkəsinin prezidenti Enrike Penya Nyeto məlumat verib.

O bildirib ki, yataq Verakrus ştatında yerləşir.