Yumor hissi olan robot yaradıldı VİDEO


Digərləri 03 Noy 2017 23:51:00 337 0

Yumor hissi olan robot yaradıldı  VİDEO

"Disney" texnologiya şirkəti uşaqlarla oynamaq üçün avtonom robot yaradıb.

Son.az xəbər verir ki, "Cimmi" adlı robot malik olduğu yumor hissi sayəsində uşaqlarla daha yaxşı ünsiyyət saxlayacaq və texnologiya ilə insan arasında yeni növ əlaqə quracaq.

Robotun yumor hissi ilə yanaşı, rəqs etmək, barabanda ifa etmək kimi xüsusiyyətləri də mövcuddur. Ötürücü vasitəsilə verilən xüsusi maye ilə işləyən robotun daxili hava və sudan ibarətdir. İlk prototip idarəetmə pultu ilə işləsə də, gələcək modellərin avtonom olacağı gözlənilir.

"Cimmi" "Disney" şirkətinin təqdim etdiyi ilk robot olmasa da, şirkət nümayəndələri bu məhsulun ən uğurlu layihələrdən biri olacağını bildirib. (publika.az)