ABŞMeksika sərhədində tikilən divarın qiyməti açıqlandı: İNANILMAZ MƏBLƏĞ VİDEO


Digərləri 03 Noy 2017 23:33:00 304 0

ABŞMeksika sərhədində tikilən divarın qiyməti açıqlandı: İNANILMAZ MƏBLƏĞ  VİDEO

Meksika ilə sərhəddə divarın tikintisi 18 milyard dollara başa gələcək.

Son.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp "Foks Nyus" telekanalına müsahibəsində deyib. "Deyirdilər ki, divar 40 milyard dollara başa gələcək. Amma bunun yarısından da az məbləğdən söhbət gedir. Düşünürəm ki, 18 milyard dollar və daha az məbləğə əla divar olacaq", - Tramp bildirib. Prezident izah edib ki, dağlar və çaylar ABŞ-la Meksika arasında təbii baryer olacaq və bu yerlərdə divar lazım deyil. Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Divarın tikintisi haqqında fərman yanvarın 25-də imzalanıb. Onun uzunluğu 3 min kilometrdən çox olmalıdır. Prezident dəfələrlə bildirib ki, divarın tikintisi üçün pulu Meksika ödəyəcək. Ancaq Meksika baryerin tikintisini maliyyələşdirməyə hazırlaşmır. (publika.az)