Bərdə rayonunda mənzildən pul oğurlanıb
Sosial 03 Noy 2017 22:53:59 262 0
Hadisə sakinlər evdə olmayan zaman baş verib
Bərdə rayonunda oğurluq hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Əyricə kəndində Taleh Tanrıverdiyeva məxsus fərdi yaşayış evindən naməlum şəxs və yaxud da şəxslər oğurluq edib.
T.Tanrıverdiyevin bildirdiyinə görə, özü işdə, ailə üzvləri bazarda olan zaman evə pəncərədən daxil olan oğrular yataq otağından 1000 AZN manat aparıblar. Ev sahibi hadisə ilə bağlı rayon Polis şöbəsinə məlumat verib. Hazırda polis tərəfindən əməliyat- axtarış tədbirləri həyata keçirilir.
Mənbə: report.az