Səsi çıxmasın deyə inəyin ağzını yapışqan lentlə bağladı VİDEO


Digərləri 03 Noy 2017 22:40:00 277 0

Səsi çıxmasın deyə inəyin ağzını yapışqan lentlə bağladı  VİDEO

İnəyin səsi ətrafı bürüdüyündən onun ağzını yapışqan lentlə bağlayıblar.

Son.az bildirir ki, xoşagəlməz hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 23-27 ünvanında yerləşən qəssəbxanada baş verib. Yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsindən sakinlərdən birinin çəkdiyi fotolarda inəyin ağzının yapışqan lentlə bağlandığı görünür. Sosial şəbəkədə bu şəkli paylaşan sakin bildirib ki, qəssab səhər kəsəcəyi heyvanı axşamdan dirəyə çox sərt şəkildə bağlayır. Heyvanın başı çox aşağı, ipi isə dar olduğundan inək əziyyət çəkir və səhərə qədər böyürür. Səsdən narahat olan sakinlər şikayət etdikdə isə qəssab çıxış yolu kimi inəyin ağzını yapşqan lentlə bağlayıb.

Bu vəziyyət heyvanın ikiqat əziyyət çəkməsi deməkdir. Çünki dirəyə sərt şəkildə bağlanan inək səsini də çıxara bilmir. Məsələ ilə bağlı adıçəkilən ünavana getdik. Obyektin satıcısı Beyrək Abbasov qəssabın bu işi gördüyünü təsdiqlədi. Qeyd etmək lazımdır ki, kəsiləcək heyvanın belə əziyyətə məruz qalması onun əzələlərində və digər orqanlarda stress hormonlarını çoxaldır. Bu isə ətin keyfiyyət parametrlərinə neqativ təsir edə və həmin əti yeyən insan üçün zərərli ola bilər. Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana rəisi Zahid Nəsibli isə bildirdi ki, kəsiləcək heyvanı bu cür əziyyətə məruz qoyan şəxsi 200 manatdan 500 manata qədər cərimə gözləyir. /xezerxeber.az