Zəmanətlə aldığı telefon işləmədi, şirkət isə müqaviləyə əməl etmir


Digərləri 03 Noy 2017 21:36:00 280 0

Zəmanətlə aldığı telefon işləmədi, şirkət isə müqaviləyə əməl etmir

Şirvan sakini Raksana Ağayeva 3 ay əvvəl aldığı telefonda 10 gün sonra nasazlıq yaranıb. O, zəmanətlə aldığı telefonu mağazaya aparıb.

Son.az bildirir ki, telefon servisdə iki aydan çox müddətdə qalmasına baxmayaraq, hələ də vətəndaşa qaytarılmayıb. Halbuki, zəmanət kağızında da prosesin maksimum 30 gün çəkəcəyi yazılıb.

Raksana Ağayeva deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, ona konkret cavab verən yoxdur. Hər ay isə kreditini vaxtı-vaxtında ödəyir.

Məsələ ilə bağlı "Optimal elektroniks" şirkətindən bildirdilər ki, vətəndaş telefonun ekranını özü sındırıb və öz razılığı ilə ödənişlə telefonu təmirə verib.