"Bu dini icmanın üzvləri hərbi xidmətdən yayınmağa səy göstərir" VİDEO


Digərləri 03 Noy 2017 21:27:00 277 0

"Bu dini icmanın üzvləri hərbi xidmətdən yayınmağa səy göstərir"  VİDEO

Qeydiyyatdan keçməyən "Yehovanın şahidləri" dini icması açıq-aşkar təbliğat aparır.

Son.az bildirir ki, icmanın saytında dini nəşrlər və video roliklər yerləşdirilib. Halbuki, dini icma təkrar qeydiyyatla bağlı müraciət etsə də, imtina cavabı alıb. Saytda təriqətin təbliğinə dair Azərbaycan dilində müxəlif vəsaitlər- kitablar və videoçarxlar yerləşdirilib. Hətta onlayn televiziya kanalları da var ki, Azərbaycan dilində dublyaj və ehtiyac yarandıqda isə qrafik mətnlər verilir.

Toplantı və dini ibadətlərini təşkil etdikləri ünvanlar da saytda yerləşdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirildi ki, "Yehovanın şahidləri" dini icması 2002-ci ildə rəsmi qeydiyyata alınıb. Qeydiyyat ünvanı da məhz Xətai rayonundadır. Lakin 2009-cu ildə qanunvericilikdə dəyişiklik edilib və ölkədəki bütün dini icmaların yenidən qeydiyyatdan keçməsi zərurəti yaranıb. "Yehovanın şahidləri" dini icması təkrar müraciət etsə də, qeydiyyata alınmayıb. İcmanın ölkəyə gətirmək istədiyi bəzi dini ədəbiyyatlara da qadağa qoyulub.