“Nar” yeni “Full” paketlərini təqdim edib


İqtisadiyyat 03 Noy 2017 19:37:00 303 0

“Nar” yeni “Full” paketlərini təqdim edib

Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti aya keçir

“Nar” tamamilə yeni “Full” paketlərini təqdim edib. 

“Report”un şirkətdən əldə etdiyi məlumata görə, yeni paketlər “Full 9”, “Full 14” və “Full 19” adlanır.

Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Belə ki, abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin edib.

“Full 9” paketinə qoşulduğu andan etibarən abunəçi bonus olaraq 300 ölkədaxili dəqiqə və 1,5 GB internet trafiki, “Full 14” və “Full 19” paketlərinə qoşulduqda isə müvafiq olaraq 450 ölkədaxili dəqiqə, 2 GB internet və 600 ölkədaxili dəqiqə, 2,5 GB internet trafiki qazanır. Paketlərin həcmindən asılı olaraq abunəçinin balansından müvafiq qaydada 9 manat, 14 manat və ya 19 manat çıxılır. Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti aya keçir.

İrihəcmli “Full” paketləri və digər məlumatları nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 2007-ci il martın 21-də “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə xidmət göstərir.