Azərbaycanda toyuna hazırlaşan oğlanın acı taleyi FOTO


Digərləri 03 Noy 2017 19:00:00 282 0

Azərbaycanda toyuna hazırlaşan oğlanın acı taleyi  FOTO

"Cavidin ölümündə həkimlər günahkardır".

Son.az bildirir ki, bunu aznews.az-a açıqlamasında arı sancmasından dünyasını dəyişən, mərhum Cavid İmanlının bacısı Natavan Həsənli bildirib. O, qardaşının əməliyyatının ailə üzvlərinin razılığı olmadan həyata keçirildiyini deyib:

"Cavidin qolundan arı sancmışdı. Qolu şişmişdi. Deyirdi ki, "mən belə dayana bilmirəm". Şişdən narahat olurdu. Biz nə qədər desək də eşitmədi, öz ayağı ilə həkimə getdi. Anamın yanında qanı analiz olundu. Nəticələr çıxanda məlum oldu ki, heç bir mikrob keçməyib. Həmin vaxt iynə də vurub şişin altında çirkin olub-olmamasını yoxlayıblar. Dedilər sistem köçürək, sabah evə yazılar. Səhəri anam gəldi ki, həkimlər Cavidin əməliyyat olunacağını deyirlər. Anam isə onun əməliyyat olunmağını istəmədiyini bildirib. Həkim deyib ki, "qolunda çirk var, yarılıb çıxarılmalıdır. Yoxsa çirk bədənə yayılar, qolu "qanqrena" verər".

Natavan Həsənli qeyd edib ki, Cavid İmanlı xəstəxanada olduğu müddətdə ona bir ağrıkəsici vurublar:

"Qanqrena etsəydi, qolunu kəsərdin, daha niyə öldürürdünüz? Anam deyib ki, "nə istəsəniz verəcəm. Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin". Anam Cavidə narkoz vurulmasına razı olmayıb. Bildirib ki, yerli ağrıkəsicidən istifadə edin. Həkimlər anamın bu istəyini də nəzərə almadan Cavidə adi bir palatada narkoz vurub qolunu yarıblar. Elə orada baxıblar ki, uşaq ölüb. Orada bir aparat olsaydı onu şokdan çıxarardılar".