Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin aylıq vəzifə maaşlarına 500 manat əlavə olunacaq


Sosial 03 Noy 2017 18:01:22 280 0

Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin aylıq vəzifə maaşlarına 500 manat əlavə olunacaq

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam Azərbaycan mədəniyyətinin inkişafında, müasir ifaçılıq sənətimizin, milli və dünya klassik musiqisinin təbliğində uzunillik səmərəli fəaliyyəti ilə seçilən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rolunu nəzərə alaraq onun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə imzalanıb. 

Sərəncamla 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin əlavəsi müəyyən edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.