Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin maaşları artırılıb


Siyasət 03 Noy 2017 18:07:00 293 0

Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin maaşları artırılıb

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, 2017-ci il noyabrın 1-dən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərinin aylıq vəzifə maaşlarına 500 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin əlavəsi müəyyən edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına "Akademik" statusun verilməsi barədə qərarını 2017-ci il noyabrın 1-dən tətbiq etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.