"Sevilla" Moskva klubundan UEFa-ya şikayət edir


İdman 03 Noy 2017 17:48:00 269 0

"Sevilla" Moskva klubundan UEFa-ya şikayət edir

"Sevilla" "Spartak"ın əvəzedici komandasında çıxış edən futbolçulardan UEFA-ya şikayət etmək istəyir. UEFA Gənclər Liqasında keçirilən oyun 3:3 hesablı bərabərliklə başa çatmışdı. Goal.az xəbər verir ki, ispanlar rəqib komandanın bərabərlik qolunu vurandan sonra vaxt uzatmaq cəhdlərindən narazı qalıb. "Qırmızı ağlar"ın futbolçuları tez-tez zədə iddiası ilə qazona yıxılmışdı. Bundan başqa "Sevilla" oyunda iştirak edən 800-ə yaxın rus azarkeşin intizamsızlığından şikayət də etməyi düşünür.