Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı


Kriminal 03 Noy 2017 17:15:00 333 0

Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldı

Dünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.

Son.az musavat.com-a istinadən xəbər verir ki, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.

N.Canıyevin məşhur kriminal avtoritet Lotu Qulini öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.