Göyçayda XII Nar festivalı keçirilib


Digərləri 03 Noy 2017 17:02:56 224 0

Göyçayda XII Nar festivalı keçirilib

Qonaqlar nardan hazırlanan müxtəlif təamlardan dadıblar

Göyçay rayonunda XII Nar festivalı keçirilib.

"Report"un Göyçaya ezam olunan müxbirinin verdiyi məlumata görə, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Milli Məclisin deputatları Fazil Mustafa, Elman Nəsirov, Çingiz Qənizadə və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Dövlət Fitosanitar Nəzarəti Xidmətininin (DFNX) Göyçay rayonu üzrə nümayəndəsi Nazim Əhmədov deyib ki, bu il Göyçayda 3 min hektara yaxın olan nar bağından təxminən 2500 hektara yaxını bar verəndir: "Bu il Göyçayda narın məhsuldarlığı 40-50 min ton aralığında olub. Hazırda Azərbaycanın ən məhşur nar sortları "Gülövşə", "Şirin nar", "Vələs nar" və "Turş nar"dır. Nardan tibbdə də geniş istifadə olunur. Son vaxtlar bu sahəyə maraq artıb. Hədəfimiz 3 min hektar olan nar sahələrini 5 min hektara çatdırmaqdır. Narları saxlamaq üçün 2 min və 700 tonluq nar və xurma saxlama kameraları var".

Qonaqlar Göyçay sakinləri tərəfindən təşkil olunan stendləri gəzərək nardan hazırlanan müxtəlif təamlardan dadıblar.

Nar bayramı 2006-cı ildən ənənəvi olaraq Göyçay rayonunda hər il keçirilir. Azərbaycan narının tapılmış 55 sortunun hamısı Göyçayda var.