Zorladığı qızla evləndi: onu maşında başqası ilə sevişərkən tutdu DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI FOTO


Digərləri 03 Noy 2017 16:55:00 376 0

Zorladığı qızla evləndi: onu maşında başqası ilə sevişərkən tutdu  DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI  FOTO

Türkiyənin Muğla vilayətinin Bodrum ərazisində keçmiş əri tərəfindən öldürülən Gizem Olgunun sayca III məhkəmə prosesi baş tutub. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, iş yerinə gedərək keçmiş arvadının boğazını kəsərək 27 yerindən bıçaqlayıb öldürən Mert Toprak barədə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılmışdı.

9 il evli olduğu, bir mebel dükanında çalışan, mart ayında boşandığı 25 yaşlı bir uşaq anası olan keçmiş arvadı Gizem Olgunu öldürən Mert Toprakın onu tez-tez təhdid etdiyi də məlum olub. 

Məhkəmədə danışan Mert Toprakın böyük qardaşı H. Toprak Olgunun sakit bir yerdə maşında başqa şəxslə cinsi əlaqədə olduğunu iddia edərək onları gördükdə dərhal olay yerindən sürətlə uzaqlaşdıqlarını deyib. O, daha sonra Mert Toprak ilə evə gedib yatdıqlarını və səhər yuxudan qalxdıqda qardaşını görmədiyini, cinayət xəbərini eşitdiyini deyib. Olgunun atası isə bu ifadədən sonra qəzəblənərək, qızına şər atıldığını deyib. 

Vəkil Burak Murat Beyoğlu isə cinayətin planlaşdırılaraq törədildiyini və Whatsapp yazışmalarında da təhdid və şantaj dolu yazıların aşkarlandığını xatrıladıb. Vəkil cinayətkara ən ağır cəzanı istəyib.


Xəbərə aid fotolar