Mourinyo İspaniyada məhkəməyə çağrılıb


İdman 03 Noy 2017 15:07:00 252 0

Mourinyo İspaniyada məhkəməyə çağrılıb

"Manchester United"in baş məşqçisi Joze Mourinyo İspaniyada baş məşqçi işlədiyi dövrdə (2010-13) vergidən yayınmaqda ittiham olunur. Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəsis yaxın zamanda məhkəmədə ifadə verəcək. "BBC" Mourinyonun "Real Madrid"in məşqçisi çalışdığı dönəmdə 3.3 milyon avronu vergi bəyannaməsində göstərmədiyini yazır. Onun vəkilləri bu ittihamı qətiyyətlə rədd edir. Mourinyo adətən hər cümə günü mətbuat konfransı keçirir. Məşqçinin hüquqşünası onun 2010-13-cü illərdə İspaniya vergi orqanlarına 23 milyon avro vergi ödədiyini bildirib.