Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK


Digərləri 03 Noy 2017 15:06:07 237 0

Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək.

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək. Bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, yaxın günlərdə ölkə ərazisində mülayim, yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 18-20 dərəcə olacağı gözlənilir. A.Verdiyev qeyd edib ki, bu gün gündüz saatları üçün Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə isti olacağı proqnozlaşdırılır. O, bu temperaturun iqlim normasına yaxın və bir qədər aşağı olduğunu söyləyib. Baş hidroloqun sözlərinə görə, yaxın günlərdə də havanın temperaturu yüksəldikdən sonra temperatur iqlim normasına yaxın olacaq. A.Verdiyev hazırda müşahidə edilən və yaxın günlər üçün proqnozlaşdırılan hava şəraitinin noyabr ayı üçün xarakterik olduğunu söyləyib.