Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub (FOTO)


Digərləri 03 Noy 2017 14:56:00 193 0

Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub (FOTO)

Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub.

Bakı. Dövlət təltiflərinə layiq görülən energetiklərə mükafatlar təqdim olunub. Energetika Nazirliyindən (EN) Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan energetiklərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 19 oktyabr 2017-ci il tarixli sərəncamı ilə energetika sahəsində səmərəli fəaliyyətinə görə, Nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib. Energetika naziri Pərviz Şahbazov energetiklərin əməyini yüksək qiymətləndirən, energetika sektorunun inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə nazirliyin kollektivi adından dərin minnətdarlığını bildirib. Sonra nazir Energetika Nazirliyinin təltif olunan əməkdaşları - Amil Mürsəliyevi, Akif Əfəndiyevi və Pərviz Qəribzadəni təbrik edərək, medal və vəsiqələri sahiblərinə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.