“Fonoko” BOKT “Union Kredit” BOKT-u alıb


İqtisadiyyat 03 Noy 2017 14:36:35 398 0

“Fonoko” BOKT “Union Kredit” BOKT-u alıb

Alqı-satqı bu il sentyabrın 13-də olub

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) “Union Kredit” MMC BOKT-u alıb.

Bu barədə “Report”a “Finoko”nun İdarə heyətinin sədr müavini Böyükağa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı alqı-satqı bu il sentyabrın 13-də olub.

Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.

“Union Kredit” isə 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 451,8 min manatdır.