"Narkotikə tələbatım var idi" Oğru dəstə saxlanıldı VİDEO FOTO


Kriminal 03 Noy 2017 14:21:00 391 0

"Narkotikə tələbatım var idi"  Oğru dəstə saxlanıldı  VİDEO  FOTO

Abşeron rayon polis idarəsinin əməliyyatçıları Saray qəsəbəsində vətəndaşların evlərindən kombi, qaynaq aparatı, istilik sistemləri və kabel oğurlamaqda şübhəli bilinən 3 nəfəri saxlayıblar.

Son.az arbtv-yə istinadən xəbər verir ki, Sumqayıt sakinləri, 32 yaşlı Amil Əliyev, 34 yaşlı Mehman Şərifov və 37 yaşlı Məmmədrza Salayev istintaqa ilkin ifadə zamanı narkotik istifadəçisi olduqlarını və oğurluğa da narkotikə olan təlabatlarını ödəmək üçün əl atdıqlarını etiraf ediblər. Məmmədrza Salayev - saxlanılan şəxs: "Narkotikə tələbatım var idi, oğurluq etmişik. Onların arasında kombi də olub. Aparıb satmışıq ehtiyaca görə". Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, hələlik dəstənin əməlindən zərərçəkən vətəndaşların sayı 20 nəfərdir. Faktlarla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Xəbərə aid fotolar