Bələdiyə işçisi başına tapança dirədiyi FOTOsunu paylaşdı:


Dünya 03 Noy 2017 14:30:00 304 0

Bələdiyə işçisi başına tapança dirədiyi FOTOsunu paylaşdı:

Türkiyədə dəhşətli intihar hadisəsi qeydə alınıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Antalyanın Alanya qəsəbəsində 43 yaşlı Hakan Şahin iş yoldaşlarının yer aldığı Whatsapp qrupunda başına tapança dayadığı fotosunu paylaşıb. Hakan Şahin şəklin altına "Yolun sonuna gəldik. Bunun səbəkarı S.Y., S.A. ve A.Y. Bu yerdə arxası olan istifadə etdi. İstifadə etsin görək. Ümid edirəm aidiyyəti şəxslər eşidər. Son olaraq heç kim dəfnimə gəlməsin. Allah səni bildiyi kimi etsin S. xanım" yazdıqdan sonra avtomobilində ölü tapılıb.

Paylaşımı görən iş yoldaşlarının xəbərdarlığı sonrası əraziyə polis əməkdaşları gəlib. Polis parklanmış avtomobilin sükanı arxasında Hakan Şahini başından güllə ilə vurulmuş vəziyyətdə tapıb. İntihar zamanı istifadə edilən tapança da cəsədin yanında olub.

Şahinin cəsədi ekspertizaya göndərilib.


Xəbərə aid fotolar