"Everton" İngiltərənin üzünü qara etdi


İdman 03 Noy 2017 14:00:00 413 0

"Everton" İngiltərənin üzünü qara etdi

"Everton"un cari mövsümdəki tənəzzülü klubu antirekord sahibi edib. Goal.az xəbər verir ki, noyabrın 2-də Avroliqanın qrup mərhələsində "Lyon"a uduzan (0:3) "mersesaydlılar" İngiltərəni bu turnirdə ən pis təmsil edən komanda olub. 2009-cu ildən Avropa Liqası adı altında təşkil olunan turnirdə "Everton" ilk 4 turdan sonra pley-off şanslarını itirən ilk ingilis klubudur. Liverpul təmsilçisi rəqib qapılarına 3 qol vurub və öz qapısından 10-nu buraxıb.

Qeyd edək ki, "Arsenal"a 2:5 hesablı məğlubiyyətdən sonra, oktyabrın 23-də rəhbərlik baş məşqçi Ronald Kumanın 16 aylıq məşqçilik fəaliyyətinə son vermək qərarına gəlmişdi.