Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in potensialından istifadə etmək vacibdir"


Siyasət 03 Noy 2017 13:11:53 286 0

Rusiya XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in potensialından istifadə etmək vacibdir"

Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb

"ATƏT-in potensialından münaqişələrin həllinə, xüsusilə Ukraynada, Dnestryanıda, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yardım məqsədi ilə istifadə etmək vacibdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşündə deyib.

S.Lavrovun sözlərinə görə, belə yanaşma ümumi problemlərin həllində kollektiv qərarvermə işində ATƏT-in ciddi potensialını ortaya qoya bilər.